22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, parlamentin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb. Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri xahiş olunur. Bəs yeni qanun hazırlanması hansı zərurətdən yarandı? Siyasi partiyalar həmin qanundan nə kimi yeniliklər gözləyirlər? Mövzu ilə bağlı parlamentdə təmsil olunan bəzi partiyaların rəhbərləri ilə əlaqə saxladıq. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qəzetimizə açıqlamasında bildirib ki, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bunun üzərindən 30 il keçir. Hazırda Azərbaycanın siyasi sistemində və bu sistemdə partiyaların fəaliyyətində ciddi yeniliklərin, irəliləyişlərin olduğunu deyən F.Ağamalının fikrincə, hazırda  qüvvədə olan qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat deyil. Bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində həmin qanun ciddi maneələr yaradır. Ona görə də, müasir inkişafın spesifikası və səviyyəsi nəzərə alınaraq, bu sahədə yeni qanunun hazırlanması zəruridir.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da 1992-ci ildə qəbul olunmuş qanunun köhnəldiyini hesab edir. “Artıq zaman xeyli dəyişib, qanunda köhnəlmiş məqamlar çoxdur. Ona görə də, yeniliklərə, dəyişikliklərə ehtiyac var”,-deyən S.Rüstəmxanlının sözlərinə görə, siyasi partiyalar Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir. İndiki reallıqlar müəyyən qədər fərqlidir, eləcə də, partiyaların seçkilərdə iştirak səviyyəsi də diqqətə alınmalıdır. VHP sədri deyib ki, yeni qanun hazırlanarkən mövcud reallıqlar, həm ölkəmizin, həm də siyasi partiyaların inkişaf yolu nəzərə alınmaldıır: “Bütövlükdə, qanun köklü şəkildə yenilənməlidir. Ona görə də biz müraciətə qoşulmuşuq, bu sahədə yeni qanunun qəbul edilməsini dəstəkləyirik”. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə siyasi partiyaların parlament müstəvisində aktiv fəaliyyət göstərdiyini bildirib. Onun fikrincə, bu fəallığın daha da artırılması üçün yeni qanunvericiliyə ehtiyac var: “Zaman yeni qanun üzərində işləməyi zəruri edir. Söhbət müasir dövrün tələblərinə uyğun olan və siyasi partiyaların hüquqlarını daha doğru ifadə edən qanunun hazırlanmasından gedir. Ümid edirəm ki, aktiv müzakirələr, səmərəli iş nəticəsində buna nail olunacaq”.

 

Ramella İsmayılova

Saatlı şəhər Bülbül adına UMM-nin direktoru

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın