Tarixi təşəbbüs
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sesiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılmışdır.1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Bundan sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi.Ulu Öndər Heydər Əliyevdövlət rəmzlərinə özümüz qədər sevməliyik deməklə Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayış etdirmişdir. Bu gün ölkə başçısı cənab İlham Əliyev Ulu Öndərin ideyalarına sadiq qalmaqla və apardığı uğurlu daxili və xarici siyasətlə Azərbaycanın bayrağının yüksəklərdə dalğalanmasına nail olmuşdur.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova