22.11.2024 - Azərbaycandan və dünyadan xəbərlər
Qafqazaz

Azərbaycan xalqı müharibənin nə olduğunu bilir

Azərbaycan xalqı müharibənin nə olduğunu bilir

Azərbaycan xalqı müharibənin nə olduğunu bilir

Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda Prezident cənab İlham Əliyev bir daha uzaqgörən və müdrik siyasətçi olduğunu nümayiş etdirdi. Dövlət başçımız plenar iclasda qeyd etdi ki, Azərbaycan xalqı müharibənin nə olduğunu, xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilir və buna görə Avrasiyada sülhün bərqərar olmasını istəyir. Prezident cənab İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən və Ermənistan Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi plenar iclasda Azərbaycan ekofəallarının Laçın-Xankəndi yolunda Şuşada keçirilən aksiyası ilə bağlı səsləndirilən ittihamların əsassız olduğunu sübut etdi. Dövlət başçısı nəzərə çatdırıb ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq. Beləliklə, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı kimi mühüm platformada Azərbaycanın haqlı mövqeyi arqumentlərlə dünya ictimaiyyətini çatdıraraq Ermənistan və havadarlarının bu dövr ərzində apardıqları anti-Azərbaycan kampaniyasını bir daha ifşa etdi, rəsmi Bakının regionda sülh və inkişafı dəstəklədiyini ortaya qoydu.

Ölkə başçımız  bird aha  xəbərdarlıq edərək  bildirdi ki, “Dağlıq Qarabağ” sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva

BU MÖVZUNU SOSİAL MEDİYA HESABLARINDA PAYLAŞ
Şərhlər

Şərh yoxdur, ilk yazan siz olun

Şərh yazın