Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir”
Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir”
Böyük şair Nəsimi 1369-cu ildə anadan olmuşdu, onun 600 yaşı 1969-cu ildə tamam olurdu və yubiley də elə o vaxt keçirilməli idi. Azərbaycanda Mərkəzi Komitə bununla bağlı 1968-ci ilin 8 oktyabrında qərar da qəbul etmişdi. Ancaq yubileyin işi tərsə düşmüşdü və bu ildönümü ilə bağlı məsələlər sadəcə ləngimirdi, hətta bir para ciddi maneələr əmələ gəlmişdi ki, məsələnin gündəlikdən çıxarılmasına gətirə bilərdi. Lakin ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonra Nəsimi yubileyinin keçirilməsi ilə bağlı çıxarılmış qərarın icrasına başlanıldı. 1972-ci ilin 13 oktyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro iclasında digər çoxsaylı məsələlərlə yanaşı, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illiyinin keçirilməsi haqda qərar da qəbul edilir və yubileyin həmin ilin noyabrında keçirilməsinə qərar verilir. 1973-cü il martın 13-də Mərkəzi Komitə Bürosunda Nəsimi yubileyinin keçirilməsinə hazırlıqla bağlı əlavə tədbirlər haqda növbəti qərarı imzalayır. Bu sənəd də Nəsiminin, bir böyük Azərbaycan şairinin SSRİ-dən kənarlarda təbliğinin, deməli, Azərbaycanın daha artıq tanıtdırılması üçün açıla biləcək yeni üfüqlərə hesablanmışdı. Ulu öndər Heydər Əliyev Nəsiminin dünyaya təqdimi baxımından ən başlıca məqsədə çatmışdı, yubiley UNESCO-nın siyahısına düşmüşdü. Bununla bütün başqa qazanclardan əlavə bir də buna nail olunmuşdu ki, məhz dünyanın baş elm, mədəniyyət, təhsil təşkilatı İmadəddin Nəsimini planetə Azərbaycan şairi və mütəfəkkiri kimi təqdim etdi. Daha kimsə hansısa qondarma mənbələrə söykənərək Nəsiminin guya ona aidliyi xülyasına düşə bilməz, düşsə də, buna məhəl qoyulmaz. Əsas hədəfə çatılmışdı, qalırdı ahəstə-ahəstə çevrəni genişləndirmək, indi də bu istiqamətdə tədbirlər uğurla həyata keçirilir.
Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın, eyni zamanda yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi ana dilindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, bir sözlə xalqın dilinə yaxın tərzdə yazmışdır. Nəsiminin əsərləri Azərbaycan dilində yaranan şerin inkişafında öz mütərəqqi xüsusiyyətləri ilə mühüm rol oynamışdır.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.”
Azərbaycan klassik bədii ədəbiyyatı hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu Öndər ən çətin dövlət vəzifələrini icra edəndə də, ağır diplomatik missiyaları yerinə yetirəndə də həmişə klassiklərlə maraqlanmış, onların ədəbitarixi əhəmiyyətini ön plana çəkib. Elə buna görə də “Klassik irsimizə, klassik ədəbiyyatımıza və onun nümayəndələrinə böyük diqqət və qayğı göstərən, bu ədəbiyyatın ictimai inkişafda, yeni insan tərbiyəsində oynadığı rolu yüksək qiymətləndirən və buna görə də onların sənətinin ölməzliyinin qarantı kimi çıxış edən ulu öndər Heydər Əliyevin özü də klassiklərin cərgəsinə daxil olmuş, onlar kimi ölməzlik qazanmışdır”. Ulu öndər Heydər Əliyevin klassik irs təlimində dahi qəlb şairi Məhəmməd Füzuli xüsusi yer tutur. Şairin 1994-cü ildə tamamlanan 500 illiyini dünya miqyasında ədəbi hadisə kimi qeyd etmək uğrunda fəal çalışan qüdrətli lider 1996-cı ilə kimi dəfələrlə şairin yaradıcılığına müraciət etmiş, böyük bir monoqrafiya yazmağa imkan verən fikirlər söyləmişdir. Ulu öndər Heydər Əliyev Füzulinin ədəbi-tarixi mövqeyinə və bənzərsiz poeziyasına ümumtürk və bir çox hallarda ümumbəşəri kontekstdə yanaşırdı. Füzuli yubileyinin keçirilməsi günləri Azərbaycanda mürəkkəb ictimai-tarixi dövrə təsadüf edir. Ulu öndər Heydər Əliyev Füzuli yubileyinin keçirilməsinə böyük önəm verərək bu tədbiri “Azərbaycan xalqını dünyaya bir daha tanıtmaq hadisəsi” kimi qiymətləndirirdi: “Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik. Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir”.
Məhəmməd Füzulinin şöhrəti Azərbaycanın şöhrəti idi və bu niyyətinə ulu öndər Heydər Əliyev böyük bir əzmlə nail oldu. Ümumi, tarixi-siyasi dəyərlənmələrlə bərabər, mütəfəkkir lider, Füzuliyə münasibətin metodoloji meyarlarını, füzulişünaslığın prioritetlərini də təyin edirdi. Füzulinin ədəbi irsinin öyrənilməsi və təbliği sahəsində işlər yubileydən sonra da davam etdirilməlidir. Azərbaycan ədəbiyyatşünaslıq elmi Füzuli yubileyindən sonra dahi şairə yeni istiqlal metodu ilə yanaşdı, Azərbaycan füzulişünaslığının ötən mərhələləri yekunlaşdı və yeni mərhələnin əsası qoyuldu. Bu həm də yeni gələn nəsillərə Füzulini tanıtmaq yolunda uğurlu təşəbbüs idi. Ulu öndər Heydər Əliyevin ədəbi-tarixi proses konsepsiyasına M.Füzuli “bütün türk xalqlarının böyük şairi” kimi daxil olur və bu tarixən olduqca düzgün qiymətdir. Ulu öndər Füzuli irsini “Azərbaycan xalqının, türk dünyasının, türk xalqlarının bu günü və gələcəyi üçün böyük örnək” kimi dəyərləndirirdi.
Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru
“Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.”
XX əsr Azərbaycan musiqi mədəniyyətindən söz açarkən, qüdrətli dirijor və bəstəkar, musiqi-ictimai xadim, Hacıbəyovlar nəslinin ən parlaq nümayəndələrindən biri – Niyazi Zülfüqar oğlu Tağızadə Hacıbəyovun – hamının, qısaca Maеstro Niyazi adlandırdığı böyük sənətkarın adı ön sıralarda çəkilir. Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yеni əsərlərin ilk və təkrarolunmaz təfsirçisi idi və bu əsərlərin gеniş təbliğində, bеynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi. Kеçən əsrin 50-ci illərindən еtibarən Niyazinin sorağı nəinki SSRİ-nin Moskva, Lеninqrad, Riqa, Kiyеv kimi ən nüfuzlu musiqi mərkəzlərindən, habеlə Praqa, Sofiya, Buxarеst, Íèéàçè 13 Paris, London, Budapеşt, Ankara və İstanbuldan, Çin və Monqolustan Xalq Rеspublikalarının, Hindistanın, Almaniyanın müxtəlif şəhərlərindən gəlirdi. Niyazinin rеpеrtuarına ən müxtəlif üslublu əsərlər, dünya musiqi klassikasının şah nümunələri daxil idi və o, nеçə-nеçə görkəmli dirijorun ifasında parlamış bu əsərləri özünəməxsus bir tərzdə təqdim еtməyi bacarırdı. Böyük hind yazıçısı və dramaturqu Rabindranat Taqorun əsəri əsasında Niyazinin bəstələdiyi “Çitra” balеti isə Hindistanın ən nüfuzlu mükafatı – Cəvahirləl Nеhru adına mükafata layiq görülmüşdü. Məlumdur ki, SSRİ-nin ən yüksək fəxri adları və mükafatları ilə təltif olunmuş Niyazi üçün Nеhru mükafatı çox əziz idi və hətta adının еlanı zamanı da maestro mütləq onun çəkilməsini arzu еdərdi.
Sovеt dövründə gеniş vüsət almış xalq kütlələrinin musiqi bilikləri ilə maarifləndirilməsi işində Niyazi ən cəsarətli layihələrlə çıxış еdirdi. Onun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkеstri Azərbaycanın ən ucqar guşələrində, hərbi hissələrdə, kənd klublarında, tarlalarda bеlə sadə insanların qarşısında çıxışlar еdirdi. Niyazi Bakıda və Azərbaycanın rayonlarında ilbəil təşkil olunan Musiqi və Mahnı bayramlarının əvəzsiz rəhbəri idi. Bu səbəbdəndir ki, maеstro Niyazini uşaqdan-böyüyə qədər hamı tanıyır, adını hеyranlıqla çəkirdilər. Məlumdur ki, ulu öndərimiz Hеydər Əliyеvin yaxından dostluq еtdiyi, böyük qiymət vеrdiyi sənət adamları arasında Niyazinin xüsusi yеri var idi. 1970-ci illərdə, məhz ulu öndər Hеydər Əliyеvin təşəbbüsü ilə hər ayın cümə günlərində, rəhbər işçilərin simfonik musiqiyə marağını artırmaq məqsədilə Niyazinin rəhbərliyi altında simfonik konsеrtlər təşkil olunurdu və bu konsеrtlərdə maеstro öz rеpеrtuarının ən gözəl incilərini alovlu bir ilhamla təqdim еdirdi. Niyazi irsinə böyük hörmət və еhtiramın nəticəsi idi ki, 1993-cü ildə çox mürəkkəb bir şəraitdə yеnidən Azərbaycana rəhbərlik еtməyə başlayan ulu öndər Hеydər Əliyеv Niyazinin və onun həyat yoldaşı Həcər xanımın vəfatından sonra illərlə kimsəsiz qalmış mənzilinin muzеyə çеvrilməsi istiqamətində tapşırıq vermiş. 1994-cü ildə bu muzеyin açılış lеntini kəsib içəriyə ilk daxil olan da məhz ümummilli lidеr Hеydər Əliyеv oldu. İndi isə 2012-ci il lu öndər Hеydər Əliyеvin sadiq davamçısı Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyеvin Sərəncamı ilə rеspublikamızda “Niyazi ili” еlan olunmuşdur.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
“Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi bir insan, yazıçı, publisist, filosof mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir.”
Çoxəsrlik inkişaf tarixinə malik olan Azərbaycan ədəbiyyatının yeni forma, məzmun, estetik dəyərlər və ideya-məfkurə istiqamətində inkişafında böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olub. Görkəmli söz ustadı zəngin ədəbi irsi və qaynar ictimai fəaliyyəti ilə mənsub olduğu xalqın milli oyanışına misilsiz töhfələrilə yadda qalıb. Yazıçı, dramaturq, şair, publisist, pedaqoq, naşir olaraq əbədiyaşarlıq qazanan Cəlil Məmmədquluzadə ədəbiyyat tariximizdə tənqidi rеalist ədəbi cərəyanın, ilk mənzum allеqоrik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı kimi xatırlanır. Görkəmli söz ustadı Mirzə Cəlil həm də yeni-yeni formalaşmaqda olan ictimai satiranın yeni üslubunun banisi və yaradıcısıdır. Onun satirik üslubda yazdığı şeir nümunələri bu gün ədəbiyyatımızın daha çox böyük Mirzə Ələkbər Sabirlə məşhurlaşmış ictimai satirasının təməlini təşkil edir. Mirzə Cəlil həm də bədii yaradıcılığa gətirdiyi metaforik obrazlar, simvollar və mətnaltı məna vasitələri ilə böyük və dərin ictimai mətləbləri bütün dolğunluğu və ciddiyyəti ilə ifadə etmə ənənələri yaradıb.
XX əsrin əvvəllərində böyük Cəlil Məmmədquluzadənin ədəbi düşüncə və bədii yaradıcılığa gətirdiyi azərbaycançılıq məfkurəsi böyük söz adamı Əli bəy Hüseynzadənin geniş hərəkata çevirdiyi ümumtürk – Turançı düşüncəsilə bərabər, xalqımızın milli özünü müəyyənləşməsində misilsiz rol oynamış, bugünkü reallıqlara qovuşmada ideoloji zəmin hazırlamışdır. Təsadüfi deyildi ki, Azərbaycan ictimai fikrində azərbaycançılıq məfkurəsini milli ideologiya kimi bitkinləşdirən, tamamlayan və siyasi cəhətdən formalaşdıran xalqımızın ümummilli lideri Heydər Əliyev böyük azərbaycançı ədib haqqında deyirdi: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır. …Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün …bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır. Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük vasitədir, böyük bir sərvətdir”. Görkəmli ədibin ölməz əsərləri daim teatrların da repertuarlarında olub, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanıb. Naxçıvan şəhərindəki ev muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətini əbədiləşdirən mədəni ünvanlardır. Ustad Cəlil Məmmədquluzadənin 1967-ci ildə 100 və 1994-cü ildə 125 illik yubileylərinin keçirilməsi də ədibə göstərilən ehtiramın daha bir nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin görkəmli ədib Cəlil Məmmədquluzadənin 140 və 150 illik yubileylərinin keçirilməsi haqqındakı sərəncamları da çoxmilyonluq Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanır. Bütün bunlar isə ölkəmizdə Cəlil Məmmədquluzadə irsi və şəxsiyyətinə verilən yüksək qiymətin rəmzi kimi böyük razılıq doğurur.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
“Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.”
Ensiklopedik biliyə malik fenomen insan olan ulu öndər Heydər Əliyev milli ədəbiyyatımızı da incəliklərinə qədər bilir və sevirdi. Ulu Öndərin belə bir məşhur fikri var: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”. Ulu öndər Heydər Əliyevin Azərbaycan filosof-şair və görkəmli dramaturq Hüseyn Cavidə və onun yaradıcılığına olan yüksək ehtiramı da milli ədəbiyyatımıza olan sevgidən, milli-mədəni dəyərlərimizə sıx bağlılıqdan irəli gəlirdi. Bənzərsiz yaradıcılıq yolu keçərək özündən sonra ölməz əsərlər qoymuş söz ustadlarından olan Hüseyn Cavid əsərləri ilə Azərbaycan dramaturgiyasını istər mövzu, janr, istərsə də xarakter və obrazlar baxımından olduqca zənginləşdirib, ümumbəşəri ideyaların təbliği ilə ədəbiyyatımızın bu sahəsini dar çərçivədən çıxararaq dünya səviyyəsinə ucaldıb. Hüseyn Cavidin bütün fikirləri ümummillidir, ümumbəşəridir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, tariximiz nə qədər yaşayacaqsa Hüseyn Cavidin irsi də o qədər yaşayacaq: “Hüseyn Cavid bizim üçün, doğurdan da, əzizdir. O tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək”.
1937-ci ilin repressiyaları Cavidin işığını söndürə bilmədi. Çünki bu işıq istedaddan, bu istedad isə Tanrıdan gəlirdi. Belə əbədiyaşarlıq hər şeydən öncə şairin böyük istedadı, sənətkarlığı, xalqına bağlılığı və heç şübhəsiz ki, ümumbəşəri bədii təfəkkür səviyyəsi ilə əlaqədar idi. 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirdən gətirilərək doğma vətənində dəfn edilməsi Ulu Öndər Heydər Əliyevin təkcə şairə deyil, bütün Azərbaycan ədəbiyyatına və bədii-ictimai fikrinə ehtiramının təcəssümü idi.
Bu əzəmətli planı həyata keçirmək üçün ulu öndər Heydər Əliyev dühası, müdrikliyi, nüfuzu və qətiyyəti lazım idi. Bu baxımdan Ulu Öndər ozamankı müttəfiq respublika rəhbərlərindən qat-qat yüksəkdə dururdu. Ümummilli Lider Heydər Əliyevin Cavid taleyinə münasibəti siyasi liderin, dövlət başçısının mənsub olduğu xalqın klassik irsinə, mənəvi mədəniyyətinə münasibətinin ən parlaq nümunəsidir. Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi də ulu öndər Heydər Əliyevin xüsusi diqqətində olub. Məhz Ulu Öndərin şəxsi nəzarəti və qayğısı ilə böyük şairin 1996-cı ilin oktyabrında Naxçıvanda əzəmətli məqbərəsi ucaldılıb. Ulu Öndər 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində demişdi: “Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, “Mömünə Xatun” abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır”. Hüseyn Cavid öz ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardandır. Ulu öndər Heydər Əliyev isə bu əbədiliyi tamamlayan, bütövləşdirən, bir daha nadanların hücumuna məruz qalmayacaq hala salan, ona layiq olduğu qiyməti verən və layiq olduğu abidələri ucaldan nadir dövlət rəhbərlərindəndir. Hüseyn Cavid taleyi Ulu Öndərin böyük fədakarlığı sayəsində mənəvi bir sonluqla nəticələndi. Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev də Hüseyn Cavid irsinə böyük sevgi və hörmətlə yanaşır. Görkəmli dramaturqun 130 illik yubileyinin beynəlxalq səviyyədə keçirilməsi, onun Bakı və Naxçıvanda yerləşən ev muzeylərinə göstərilən yüksək qayğı və diqqət bunun əyani sübutudur.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri